Prezident İlham Əliyev Vladimir Zelenskini təbrik edib

  • SpaceTV
  • 24 Avqust 2019 10:30

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskini bu ölkənin milli bayramı münasibəti ilə təbrik edib.

“Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Ukrayna əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və firavanlıq diləyirəm”.

Paylaş

 Xəbəriniz olsun