Prezident İlham Əliyev Vahid Ələkbərovu təltif etdi

  • Space TV
  • 31 Avqust 2020 13:14

Prezident İlham Əliyev Vahid Yusifoviç Ələkbərovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Spacetv.az xəbər verir ki, bununla bağlı AZƏRTAC xəbər yayıb. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərov “Dostluq” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2020-ci il.

Paylaş

 Xəbəriniz olsun