Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı kralına məktub göndərdi

  • SpaceTV
  • 22 Sentyabr 2020 13:41

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

Spacetv.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə dostluq, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsinin məmnunluq doğurduğu qeyd edilir. 

Dövlətimizin başçısı əmin olduğunu bildirir ki, güclü İslam həmrəyliyinə söykənən bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə genişlənəcək və möhkəmlənəcək.

Paylaş

 Xəbəriniz olsun