Prezident İlham Əliyev: “Namərd hücumlar bizi yolumuzdan döndərə bilməz”

  • SpaceTV
  • 16 Oktyabr 2020 17:35

“Bu erməni faşizminin növbəti təzahürüdür”.

Spacetv.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki insanlara atəş açırlar: “Bunu biz I Qarabağ savaşında da gördük. Zatən Xocalı soyqırımını törədən həmin bizim mənfur qonşularımızdır. Bu dəfə də görəndə ki, döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəf aldılar. Namərd hücumlar nəticəsində bizim insanlarımız həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda həlak oldu. Qəbiristanlıq insanların dəfn mərasimində iştirak etdiyi yerdir, hər bir insan üçün müqəddəs yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir və bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir daha onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini sındıra, qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik”.

Paylaş

 Xəbəriniz olsun