Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

  • SpaceTV
  • 12 Dekabr 2019 10:46

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

SPACE TV-in məlumatına görə, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Paylaş

 Xəbəriniz olsun