Prezident İlham Əliyev: “Başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi vəziyyət daha yaxşıdır”

  • Space TV
  • 31 Avqust 2020 20:16

“Ölkəmizdə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq bu, yaxşı göstəricidir”. Bunu Prezident İlham Əliyev   Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan bu gün açılışı baş tutan modul tipli hospitalının açılışı zamanı tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşdə deyib.

Dövlətimizn başçısı başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə vəziyyətin daha yaxşı oduğunu vurğulayıb: “Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir”.

“Biz postpandemiya dövrünə də hazır olmalıyıq” deyən Prezident İham Əliyev bununla bağlı da  müvafiq göstərişlərin verildiyini bildirib.  

Paylaş

 Xəbəriniz olsun