Prezident İlham Əliyev: “Azərbaycanın bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib”

  • SpaceTV
  • 27 Sentyabr 2020 15:31

 “İşğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”.

Spacetv.az- ın məlumatına görə, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq: “Əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq, ədalətsizliyə son qoyacaq, 30 ilə yaxındır davam edən işğala son qoyacaq. Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı vətən həsrəti ilə yaşayır. Ermənilər və Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyir”.

Paylaş

 Xəbəriniz olsun