Prezident İlham Əliyev Anatoli Torkunovu təltif etdi

  • Space TV
  • 25 Avqust 2020 13:16

Prezident İlham Əliyev Anatoli Torkunovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

Spacetv.az xəbər verir ki, müvafiq sənəd AZƏRTAC-da dərc olunub. 

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Anatoli Vasilyeviç Torkunov “Dostluq” ordeni ilə təltif edilib.

Paylaş

 Xəbəriniz olsun