Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandirini Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib

  • Space TV
  • 4 Oktyabr 2020 09:32

Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.

Spacetv.az-ın məlumatına görə, Prezident H.Həsənova tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın.

Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.

Paylaş

 Xəbəriniz olsun