Prezident iki köməkçisinə əlavə vəzifə verdi – SƏRƏNCAM

  • SpaceTV
  • 9 Dekabr 2019 17:14

Dövlət Neft Fondu Müşahidə Şurasında Azərbaycan Prezidentinin iki köməkçisi təmsil olunacaq.

SPACE TV-in məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı

“Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamında əksini tapıb.

Dövlət Neft Fondu Müşahidə Şurasının öncəki tərkibində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Natiq Əmirov təmsil olunurdu.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Dövlət Neft Fondu Müşahidə Şurasının üzvü təyin edilib.

Qeyd edək ki, struktur islahatlardan sonra yaradılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovdur.

Paylaş

 Xəbəriniz olsun