Prezident Davosda görüş keçirdi

  • SpaceTV
  • 24 Yanvar 2020 14:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

SPACE TV xəbər verir ki, görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olunub. 

“Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd edib.

Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparılıb.

Paylaş

 Xəbəriniz olsun