Prezident bu nazirliyə beş milyon manat ayırdı

  • Space TV
  • 30 Dekabr 2019 16:19

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin beş milyon otuz min manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb.

Paylaş

 Xəbəriniz olsun