Prezident bu nazirləri vəzifədən azad etdi – Yekun

  • Space TV
  • 25 Dekabr 2019 16:24

2019-cu ildə Azərbaycanda Prezidenti İlham Əliyev bir çox siyasi və iqtisadi yeniliklərə imza atıb, kadr və struktur islahatları həyata keçirib. Bu ili yadda qalan hadisələrindən biri də Prezidentin nazirliklərlə bağlı apardığı kadr islahatlarıdır.

SPACE TV İlham Əliyevin sərəncamı ilə bu il vəzifədən azad edilən nazirlərin siyahısını təqdim edir:

2019-cu il iyunun 20-də Prezident İlham Əliyev general-polkovnik Ramil Usubovun daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısının digər sərəncamı ilə R.Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edildi.

Prezident Daxili İşlər naziri vəzifəsinə Vilayət Eyvazovu təyin etdi.

Prezident Mədət Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edərək, Müdafiə Sənayesi naziri təyin etdi.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini icra edən Əli Nağıyev gətirildi.

Paylaş

 Xəbəriniz olsun