Prezident: “Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”

  • Space TV
  • 2 Noyabr 2020 15:03

“Vətən müharibəsi gedir. Yaxşı yaxşı nəticələr var. Bir çox şəhərlər, kəndlər işğaldan azad edilib”.

Spacetv.az xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirib.

“Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək.

İlkin məlumatlar gəlib. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik. İşğalçıları torpaqlarımızdan qovacağıq”, – deyə Prezident bildirib.

Paylaş

 Xəbəriniz olsun