Prezident bu ASC-yə 28 milyon manat ayırdı – SƏRƏNCAM

  • SpaceTV
  • 30 Aprel 2020 14:32

Prezident İlham Əliyev aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, taxılçılıq, pambıqçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya ehtiyacını ödəmək məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.1-ci yarımbəndində göstərilmiş 28 milyon manat “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. 

Paylaş

 Xəbəriniz olsun