Prezident Bruney Sultanını təbrik edib

  • SpaceTV
  • 22 Fevral 2020 19:04

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

SPACE TV xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Bruney dostluq və əməkdaşlıq əlaqələrinin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da xalqlarımızın mənafelərinə uyğun inkişaf edəcəyinə və dərinləşəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Həssənal Bolkiaha möhkəm cansağlığı, işlərində uğurlar, Bruney xalqına sülh və rifah diləyib.

Paylaş

 Xəbəriniz olsun