Prezident Azərbaycan xalqını təbrik etdi

  • Space TV
  • 25 Noyabr 2020 12:12

“Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Spacetv.az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

“Əziz kəlbəcərlilər, gözünüz aydın olsun. 

Doğma rayonunuz işağdan azad olundu. Bu günü Azərbaycan xalqı səbirsizliklə gözləyirdi.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdi. Günahsız insanlar öz dədə-baba torpaqlarından vəhşicəsinə qovulmuşdu. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdu”, – deyə Prezident bildirib.

Paylaş

 Xəbəriniz olsun