Prezident əmanətlərin sığortalanması ilə bağlı parlamentə qanun layihəsi göndərdi

  • Space TV
  • 10 Mart 2020 17:39

Milli Məclisə “Əmanətlərin sığortalanması haqqında” qanunun vaxtının uzadılması haqqında qanun layihəsi daxil olub.

SPACE TV-ın məlumatına görə, bu barədə AzTV-yə müsahibəsində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Onun sözlərinə görə, qanun layihəsi Prezident tərəfindən parlamentə daxil olub.

Qeyd edək ki, bu ilin martın əvvəlində “Əmanətlərin sığortalanması haqqında” qanunun müddəti bitib.

Paylaş

 Xəbəriniz olsun