PPX artıq piyadalara cərimə yazmayacaq

  • SpaceTV
  • 16 Sentyabr 2019 16:09

Ötən il yol polisinə ezam olunan post patrul xidməti əməkdaşları geri çağırılıb. Post patrul xidməti əməkdaşları artıq piyadalara yolu keçərkən qaydaları pozduqlarına görə cərimə yaza bilməyəcəklər.

Yeniliyə əsasən post patrul xidməti əməkdaşları bundan sonra fəaliyyətlərini öz yerlərində davam etdirəcək. Yəni post-patrul xidmətinin əməkdaşı olaraq öz işlərini davam etdirəcəklər ve piyadalara qarşı hər hansı inzibati tənbeh tədbiri həyata keçirə bilməyəcəklər. Lakin bu proses bəziləri tərəfindən yalnış olaraq sosial şəbəkələrdə və bəzi KİV-lərdə “piyadaların cəriməsi ləğv olundu”, “piyadalar bundan sonra cərimələnməyəcək” kimi qələmə verilib.  Bu göstərişi sadəcə polisin həyata keçirdiyi bir funksiyanın digər xidmətə verilməsi ilə bağlıdır. Bu o demək deyil ki, bundan sonra piyadalar cərimələnməyəcək. Yəni konkret olaraq piyadalar bilməlidir ki yol hərəkət qaydalarını pozduqda, piyada keçidlərindən istifadə etmədikdə yol polisi əməkdaşları onları cərimə edə bilər.

Bu prosses bundan sonra yol polisi əməkdaşları tərəfindən həyata keçiriləcək. Çünki yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarət yol polisinin funksiyasıdır. Sadəcə  ötən ilin mart ayından etibarən zərurət yarandığı üçün post-patrul xidmətinin əməkdaşları yol polisinə ezam olunmuşdur və onlar piyadalara qarşı tədbirlər həyata keçrirdi.

Orxan Şükür – Space

Paylaş

 Xəbəriniz olsun