“Postpandemiya dövründə vergi sistemi” mövzusunda konfrans keçiriləcək

  • Space TV
  • 5 Fevral 2021 15:04

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən fevralın 12-də “Postpandemiya dövründə vergi sistemi” mövzusunda sahibkarların iştirakı ilə videoformatda konfrans keçiriləcək.

Bu barədə Spacetv.az DVX-dən məlumat verilib.

Bildirilir ki, konfransda pandemiyanın sahibkarlıq subyektlərinə təsiri və postpandemiya dövründə vergi sistemi üçün çağırışların müzakirə edilməsi nəzərdə tutulur. Sahibkarlıq subyektlərindən konfrans zamanı müzakirə üçün vergi sahəsində qarşılaşdıqları məsələlər barədə, həmçinin vergi qanunvericiliyinə dair suallarını və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərmələri tövsiyə olunur.

Paylaş

 Xəbəriniz olsun