Portuqalıya kinoşirkəti “Story of Khojali” filmini ekranlaşdırıb – VİDEO

  • Space TV
  • 26 Fevral 2021 15:43

Portuqalıya kinoşirkəti “Original features” tərəfindən “Story of Khojali” filmi ekranlaşdırılıb. 

Filmin ssenari müəllifi və quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanovdur. Filmin prodüserliyini isə portuqaliyalı rejissor, prodüser Andre Badalo edib.

Filmdə Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur. 

Filmin qəhrəmanlarını aktrisalar Aygün Fətullayeva və Nətavan Abbaslı canlandırıblar. 

Bəstəkarı Emil Həşimov olan filmin musiqisində etnosəslərə və milli musiqi aləti tara üstünlük verilib.

Xatırladaq ki, “Story of Khojali” filmi Nadir Maçanovla Andre Badalonun ilk işi deyil. Onlar “Bakı, mən səni sevirəm” kinolayihəsində də bir yerdə çalışıblar.

Paylaş

 Xəbəriniz olsun