“Portu” və “Liverpul” 1/8 finala vəsiqə qazandı

  • Space TV
  • 2 Dekabr 2020 10:18

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turuna start verilib.

Spacetv.az xəbər verir ki, oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutub.

Həmin qarşılaşmaları təqdim edirik:

A qrupu
“Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya) – 1:1
“Lokomotiv” (Rusiya) – “Zalsburq” (Avstriya) – 1:3

B qrupu
“Borussiya” (Mönhenqladbax, Almaniya) – “İnter” (İtaliya)  – 2:3
“Şaxtyor” (Ukrayna) – “Real” (İspaniya) – 2:0

C qrupu
“Portu” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) – 0:0
“Marsel” (Fransa) – “Olimpiakos” (Yunanıstan) – 2:1

D qrupu
“Atalanta” (İtaliya) – “Midtülland” (Danimarka) – 1:1
“Liverpul” (İngiltərə) – “Ayaks” (Niderland) – 1:0

Bu nəticələrdən sonra xalını 12-yə çatdıran “Liverpul” və 10-a çatdıran “Portu” 1/8 finala vəsiqəni təmin edib.

Paylaş

 Xəbəriniz olsun