Portağal ağacı

  • Space TV
  • 27 Noyabr 2019 16:33

Uzaqdan belə yaşıl yarpaqlar arasından sapsarı meyvələri ilə göz  oxşayan portağal  ağacı. Bu ağac Salyanın Yeni Uluxanlı kəndində Qəmbərovlar ailəsinin təsərrüfatında yetişdirilib.Təsərrüfat sahibi, 30 yaşlı Pərviz  Qəmbərov deyir ki, portağal  ağacını 1992-ci ildə atası Feyruz kişi əkib. Könüllü cəbhəyə gedən atası 1994-cü ildə, 32 yaşında  Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Bundan sonra ailə ata yadigarını qorumaq üçün əlindən gələni əsirgəməyib.Uzun müddət portağalın bar verməsini  gözləsələr də ağac ilk dəfə  15 ildən sonra  bar  verib.

Təsərrüfat sahibinin sözlərinə görə, portağal ağacını aranın isti iqliminə uyğunlaşdırmaq çox çətindir.Ötən il ev şəraitində dibçəkdə 10 ədəd portağal  şitili yetişdirsə də açıq hava şəraitinə köçürdüyü zaman tələskənilyə yol verdiyi üçün quruyub. Hazırda həyətdə olan portağal ağacı isə hər il 250-300 kiloqram arasında bar verir. 12 ildir ki, bar gətirməsinə baxmayaraq, hər kəsi bu ağac hələ də maraqlandırır.

Pərviz Qəmbərov deyir ki, portağal ağacı ata yadigarıdır. Nə qədər həyatda varamsa, ata yadıgarını da qorumaq bir övlad kimi borcumdur.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun