Portağal ağacı

  • SpaceTV
  • 10 Dekabr 2019 16:38

Salyan şəhər Aslan Hüseynov, 49 ünvanında yaşayan Məmmədovlar ailəsi 17 il əvvəl bazardan portağal alıb. Meyvəni yeyəndən sonra tumunu evin yanındakı həyətə atıblar. Bir ildən sonra həmin yerdə ağac göyərib. Evin sahibi Fatma Məmmədova bu ağacın portağal olduğunu yalnız bir neçə ildən sonra bilib.

Fatma xanımın oğlu Hümbət Məmmədov isə deyir ki, Salyan şəhərində bitən bu ağacın meyvəsi çox dadlıdır. Salyan portağalı həm şirin, həm də suludur. Ətri isə olduqca gözəldir. Salyan portağalını dadmaq istəyənlər heç də az deyil.

Məmmədovlar ailəsi bildirir ki, portağal ağacına heç bir dərman vurulmayıb. Bəlkə də onu belə təbii ətirli və dadlı edən də budur. Ailə gələcəkdə aran rayonu olan Salyanda ilk dəfə olaraq sitrus meyvəsi- portağal təsərrüfatı yaratmaq fikrinə düşüb. Əlbəttə, bu iş alınarsa, ailə yerli sakinləri yaxın illərdə yenə təəccübləndirəcək.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun