Poroşenkoya qarşı 15 yeni cinayət işi başlandı

  • Space TV
  • 11 Sentyabr 2020 16:32

Ukraynanın Təhlükəsizlik Xidməti keçmiş dövlət başçısı Petro Poroşenkoya qarşı 15 yeni iş başladıb.

Spacetv.az xəbər verir ki, bu barədə Poroşenkonun vəkili İqor Qolovan açıqlama verib.

Qolovan cinayət işlərinin “vətənə xəyanət”, “ərazi bütövlüyünə qəsd”, “terrorizmin maliyyələşdirilməsi”, “dövlət hakimiyyətinin ələ keçirilməsi”, “başqasının əmlakının mənimsənilməsi” və “kompüter şəbəkələrində kompüterlərin işinə müdaxilə” maddələri altında başladıldığını bildirib.

“Bu sahələr tam olaraq eyni qanunauyğunluqlara uyğun olaraq hazırlanıb, orada Cinayət Məcəlləsinin müxtəlif növ maddələri var”, -deyə vəkil sözlərinə əlavə edib.

Paylaş

 Xəbəriniz olsun