Pompeo: “Belə olması təəssüflüdür”

  • SpaceTV
  • 20 Avqust 2019 11:33

Birləşmiş Ştatlar Cəbəllütariq hökumətinin daha əvvəl saxlanılmış “Grace 1″ adlı İran tankerinin azad olunması barədə qərarını təəssüf hissi ilə qarşılayıb. Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.”Belə olması təəssüf hissi doğurur”, — deyə, Space.TV-yazır ki, o “Fox News”a müsahibəsində bildirib.

Pompeonun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu Tehranın bir tankerlə daşınan neftin satışından əldə edə biləcəyi vəsait sayəsində “öz terror kampaniyasını davam etdirmək üçün daha çox pul, rifah və daha çox ehtiyata sahib olacaq”. İyulun əvvəlində Böyük Britaniya hərbçiləri tərəfindən Suriyaya neft aparmaqda şübhəli bilinərək saxlanılan İranın “Grace 1” gəmisi Cəbəllütariqi tərk edib. Bu arada isə BMT-nin baş katibi Antoniu Quterreş ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək istəyini açıqlayıb. Bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik brifinq zamanı deyib. Cüjarrik: “Baş katibin ABŞ dövlət Katibi Mayk Pompeo ilə görüşünün  sabaha planlaşdırıldığını bildirib.  Görüş Dövlət Departamentinin istəyi ilə keçiriləcək. Biz dövlət katibi ilə birbaşa dialoq imkanına həmişə şadıq “deyə rəsmi nümayəndə bildirib.

  Qeyd edək ki, Dövlət Departamentinin ötən gün yaydığı bəyanatda bildirilirdi ki, M.Pompeo avqustun 20-si BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə keçiriləcək icalaısnda iştirak edəcək və Antonio Quterreş ilə görüşəcək.

Paylaş

 Xəbəriniz olsun