Pompeo Əfqanıstanı “Taliban” məhbuslarını azadlığa buraxmağa çağırdı

  • SpaceTV
  • 7 Avqust 2020 14:06

ABŞ Dövlət katibi Mayk Pompeo Ümumdünya Əfqanıstan Ağsaqqallar Şurasını radikal “Taliban” hərəkatının həbsdə olan üzvlərini azad etməyə çağırıb.

RT bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya istinadla xəbər yayır.

“Belə başa düşürük ki, onlar qalan “Taliban” məhbuslarının sürətlə azad edilməsi məsələsi barədə qərar verəcəklər – bu, Əfqanıstandaxili danışıqların başlanması üçün son maneədir”, – deyə ABŞ Dövlət katibi bildirib.

O vurğulayıb ki, ABŞ-ın bu ölkəyə gələcək yardımının ölçüsü və həcmi Əfqanıstanda daxili münaqişəsinin həllindən asılıdır.

Bundan əvvəl Əfqanıstan hökuməti 317 “Taliban” üzvünü Pərvan əyalətindəki həbsxanalardan azad edib.

Paylaş

 Xəbəriniz olsun