Polşalı nazir NATO-nu Belarusdakı vəziyyətə qarışmamağa çağırdı

  • SpaceTV
  • 13 Avqust 2020 12:03

NATO (North Atlantic Treaty Organization-Şimali Atlantika Müqaviləsi Təşkilatı) Belarusdakı vəziyyətə qarışmamalıdır.

Spacetv.az xəbər verir ki, bunu Polşa Milli Müdafiə naziri Mariuş Blaşak “Polşa Radiosu”nun efirində deyib.

O qeyd edib ki, Belarusda görülən işlər ilk növbədə qonşuluq dəstəyi məsələsidir, bu cür hərəkətlər Şimali Atlantika alyansı üçün uyğun deyil.

Nazir Polşa və Litva prezidentlərinin Belarus və Avropa İttifaqı arasındakı danışıqlarda vasitəçilik etməyə hazır olduqlarını xatırladıb.

Qeyd edək ki, Belarusda prezident seçkilərinin nəticələri ilə bağlı etirazlar baş verir.

Paylaş

 Xəbəriniz olsun