Polşada təhsil alan azərbaycanlının ölümü araşdırılır

  • Space TV
  • 13 Noyabr 2020 15:29

3 ilə yaxındır Polşada təhsil alan və işləyən İsmayılov Müşviq Asif oğlu dünyasını dəyişib.

Bu barədə Spacetv.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məlumat əldə edildikdən dərhal sonra Komitə baş verən hadisə ilə maraqlanıb və əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib.

Polşa polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib.

Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.

Komitə hadisəni nəzarətdə saxlayır.

Paylaş

 Xəbəriniz olsun