Polşada ermənilər azərbaycanlı gənclərə silahla hücum edib

  • Space TV
  • 6 Oktyabr 2020 12:25

Polşanın Krakov şəhərində bir qrup erməni azərbaycanlı gənclərə silahlı hücum edib.

Spacetv.az xəbər verir ki, oktyabrın 5-də, axşam saatlarında şəhərdə əllərində Azərbaycan bayrağı ilə gəzən 4 azərbaycanlı gəncə erməni yaxınlaşaraq nalayiq ifadələr işlədib.

Azərbaycanlıların reaksiyası mübahisəyə səbəb olub, əlbəyaxa dava düşüb.

Bu zaman ermənilərdən biri qaz tapançası çıxararaq atəş açıb və qaçıblar.

Xoşbəxtlikdən azərbaycanlılar arasında xəsarət alan olmayıb.

Paylaş

 Xəbəriniz olsun