Polşada abort qadağası qüvvəyə mindi, insanlar küçələrə axışdı

  • Space TV
  • 29 Yanvar 2021 11:08

Polşada abort qadağasının qüvvəyə minməsi ilə əlaqədar Varşavada etiraz aksiyaları keçirilib.

Bu barədə REN TV xəbər yayıb.

Etirazçılar Konstitusiya Məhkəməsinə doğru yürüş edərək, ora məşəl, qaz və tüstü bombası atıblar. Polislə nümayişçilər arasında qarşıdurmalar yaşanıb, həbs edilənlər var.

Qeyd edək ki, Polşada etirazlar keçən payızdan bəri səngimir. Artıq nümayişin təşkilatçıları hökumətin istefasını və hakim “Qanun və Ədalət” partiyasının postdan getməsini tələb edirlər.

Məsələ burasındadır ki, bütün çağırışlara baxmayaraq qanunverici orqan düzəlişlərin ən sərt versiyasını qəbul edib. Buna əsasən, hətta dölün ağır xəstəliyi halında belə aborta icazə verilmir.

Paylaş

 Xəbəriniz olsun