Polşada 70 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanıldı

  • SpaceTV
  • 26 Yanvar 2021 10:08

Polşada 70 yaşdan yuxarı vətəndaşların koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Bu barədə “Polşa radiosu” məlumat yayıb.

Bütün ölkə üzrə beş mindən artıq vaksinasiya məntəqəsi açılıb. Proses çərçivəsində iki milyon insanın peyvənd olunması gözlənilir.

“70 yaşdan yuxarı insanların sayı 4.5 milyondan artıqdır. Martın sonuna qədər qeydiyyata alınmışların sayını nəzərə alsaq, biz bu yaş kateqoriyasından olan şəxslər üçün iki milyon doza peyvənd ehtiyatı hazırlamışıq”, – deyə qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun