Polkovnikin barelyefi hazırlanıb – VİDEO

  • SpaceTV
  • 6 Avqust 2020 12:39

Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı general Polad Həşimovun büstünü hazırladıqdan sonra şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlayıb.Space TV-ə açıqlama verən heykəltəraş söyləyir ki, Tovuz hadisələrindən sonra bir vətəndaşlıq borcu kimi şəhidlərimizin xatirəsini əbədiləşdirməyi qarşısına məqsəd qoyub. Öncə şəhid​ generalımız Polad Həşimovun büstü ərsəyə gətirilib.Keçən 10 gündə isə gips materialı ilə işləndikdən sonra şəhid general Polad Həşimovun büstü hazır vəziyyətə gəlib.Gənc heykəltaraş söyləyir ki, büstü hazırlayarkən əsas məqsədi generalımızın üzündəki nuru büstdə ifadə etmək olub və bu arzusunada çatıb.

Gənc heykəltəraş növbəti iş olaraq şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamaq qərarı aldığını söyləyir.Barelyefin gil mərhələsi başa çatıb.Üzərində yazılan “Vətən səninlə fəxr edir” cümləsi isə şəhidlərimizin xatirəsinin əbədi olduğuna işarədir.  Barelyef üzərində yazılan digər bir cümlə​ isə​ “Bu binada yaşamışdır” ifadəsidir.Barelyefin bu formada​ hazırlanmasında məqsəd isə abidənin şəhidin yaşadığı binanın üzərində yerləşdirilməsidir.Gənc heykəltaraş söyləyir ki, barelyef hazır olduqdan sonra aidiyyatı qurumlar üzrə təqdim edəcək.

Qeyd edək ki,Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü krus tələbəsi olan​ gənc heykəltəraşın vətənpərvərlik hisləri ilə ərsəyə bu işləri heçdə ilk deyil.Daha əvvəl 2012-ci ildə kollec tələbəsi, şəhid Mübariz İbrahimovun kompozisiyasını hazırlayan gənc heykəltaraş, həmçinin Mikayıl Müşfiqin kiçik ölçüdə büstünün ,Əhməd Cavadın​ portret heykəlinin, Səməndar Rzayevin büstünündə müəllifidir.

Paylaş

 Xəbəriniz olsun