Politoloq: “Ermənistanda hərbi diktatura yaratmağa meyillilik var”

  • Space TV
  • 29 Avqust 2020 16:54

“2016-ci il aprel hadisələrindən sonra erməni generalları içində çox ciddi qorxu meydan çıxıb. Onlar yenə qorxurlar ki, Aprel hadisələri təkrarlana bilər”. Bu sözləri Spacetv.az saytına açıqlama verən politoloq Əhməd Əlili deyib. Onun sözlərinə görə,  Tovuz hadisələrindən sonra erməni generallarda bu qorxu güclənməyə başlayıb:  “Erməni generalları çalışırlar ki, hər iki məğlubiyyətdə uğursuzluqlarını gizlətsinlər. Daha doğrusu uğursuzluqlarını arxa plana keçirmək üçün bu və digər formada çox rəngarəng provakativ proqramlarla  gündəliyə gəlməyə çalışırlar. Həmin bu generallardan biri də hazırda Ermənistanın müdafiə naziri olan Tonoyandır. Tonoyan adı 2016-ci il Aprel uğursuzluqlarında ən öndə gedən adlardan biridir və elə buna görə də Tonoyan çalışır ki, hər vəchlə bu uğursuzluğu arxa fona keçirsin. İnsanlara göstərsin ki, onun müəyyən ideyaları , planları var. O, ideyaları, planları reallaşdırmaqla  ölkələrinin müdafiəsini təmin edə bilər. Həmin bu ideyalarından biri də insanların kütləvi silahlandırılması, yerlərdə silahlı birləşmələrin yaradılmasıdır”.

Politoloqun sözlərinə görə, son zamanalar  baş tutan irimiqyaslı Türkiyə-Azərbaycan hərbi təlimləri də erməni ictimaiyyətini qorxu içərisində  saxlayır: “Onlar çalışırlar ki, belə bir şəraitdə xalqı arxayın salsınlar. Çox ciddi effekti olmayan fəaliyyətlərlə, real təsirləri olmayacaq proqramlarla gündəmə gəlsinlər ki, təki insanlarda müəyyən qorxu elementləri azalsın.  Bununla yanaşı yerli qoşun birləşmələri yaratmaqla Ermənistan faktiki olaraq özünün hərbiləşmiş cəmiyyət olduğunu etiraf etdi. Bu cəmiyyətdə hətta regionlarda belə mülki idarəetmə təşkilatları hərbi təşkilatların diqtəsilə hərəkət edəcək”.

Əhməd Əlilinin bildirib ki, Ermənistan daim hərbiləşməyə meyilli olub.  Bu ölkədə  hərbi diktatura yaratmağa meyillilik öncədən də olub: “Hərbi diktatura hazırda çox təhlükəli trenddir. Belə ki, hərbiləşmiş Ermənistan cəmiyyəti həm özünü məhv edir, həm də qonşuları ilə münasibətlər qurmaqdan məhrum olur. Belə bir halda mən düşünürəm ki, Azərbaycan tərəfi və regionda olan digər dövlətlər səylərini birləşdirməklə daha uğurlu fəaliyyət qura bilərlər. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətində müxtəlif səbəblərdən əhalinin azlığı ucbatından  orduda əsgər çatışmamazlığı var. Onlar çalışırlar ki, bu çatışmamazlığı əhalinin kütləvi silahlandırması ilə kompensasiya etsinlər. Bəzən bunu polisin gücü hesabına edirdilər, bəzən isə ayrı-ayrı diaspor ermənilərini hərbi əməliyyatlara cəlb etməklə”.

Əbülfət Baxşəliyev, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun