Polis vətəndaşlara tibbi maska və əlcək paylayıb

  • Space TV
  • 9 May 2020 15:49

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu günlərdə Masallıda əhalinin daha sıx olduğu ərazilərdə, poçt məntəqlərinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 300-ə yaxın tibbi maska və əlcək paylanıb, xüsusi karantin rejiminin tələbləri izah edilib, ara məsafələrin qorunması xatırladılıb. 

Eyni zamanda Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayondaxili hərəkət edən marşrutlarda sıxlığın yaranmaması və sosial izolyasiya tədbirlərinə riayət olunması məqsədilə davamlı iş aparılır, sürücülərə tibbi əlcək və maska paylanır.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun