Polis və DSX əməliyyat keçirdi: Yeddi kiloqramdan artıq narkotik maddə götürüldü

  • Space TV
  • 22 Fevral 2021 12:31

Cəlilabad rayonunda Bakı şəhər sakinindən külli miqdarda narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Həsənzadə idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişini, əvvəllər məhkum olunmuş A.Rüstəmovla birgə Ocaqlı kəndinin ərazisində saxlanılıblar.

Avtomobilə baxış zamanı oradan altı kiloqram 395 qram heroin və bir kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülüb.

Paylaş

 Xəbəriniz olsun