Polis sevgilisini öldürəndən sonra intihar etdi

  • Space TV
  • 20 Dekabr 2019 10:29

Türkiyənin İzmir şəhərində bir evdə polis və qadın ölü vəziyyətdə tapıb.

AA-nın xəbərinə görə, Çiğli rayonunda polis işləyən F. Y. işə gəlmədiyinə görə iş yoldaşları onun evinə gedib.

Evində də polisi tapmadıqlarına görə onun sevgilisi S.Y.-nin evinə yollanıblar.

Bu zaman onlar qızın evində onun və polisin yerdə olan cəsədləri ilə rastlaşıblar.

İlkin ehtimala görə, əvvəl sevgilisini güllə ilə vuran polis sonra intihar edib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Paylaş

 Xəbəriniz olsun