Mingəçevir polisi şəhər ərazisində zəhərli maddə hesab edilən “metallik civə” satmağa cəhd edən Yevlax sakinini saxlayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 60 yaşlı Nizami Sadıqov Mingəçevir şəhəri, Samux küçəsində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 22.37 qram olan 2 ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs əməlini etiraf edərək civəni satmaq üçün üzərində gəzdirdiyini bidirib. Faktla bağlı araşdırma aparılır.
Emin Babayev SPACE TV