Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində yerləşən polis məntəqəsinə hücum nəticəsində azı 18 nəfər həlak olub.
SPACE.TV-nin xarici mətbuata istinadən xəbər verir ki, daha 100-dən çox insan yaralanıb. Zərər çəkənlərin əksəriyyəti dinc sakinlər, o cümlədən qadınlar və uşaqlardır.
Terrorçular minalanmış avtomobili partladıblar. Partlayışın məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.