Polis blogeri döyənləri saxladı

  • Space TV
  • 3 Yanvar 2020 18:25

Yanvarın 1-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində 2 nəfərin Bakı şəhər sakini D.Babayevi döyməsi barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən SPACE TV-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Hüseynov və A.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Dəyanət Babayev blogerdir.

Paylaş

 Xəbəriniz olsun