Polis Bakıda insanlara hücum edən dananı güllələdi

  • Space TV
  • 16 Yanvar 2020 11:51

Daxili İşlər Nazirliyinin əməkdaşları Bakıda insanlara hücum edən dananı zərərsizləşdirib.

SPACE TV xəbər verir ki, hadisə Binəqədi Rayonunun Cəfər Xəndan küçəsində baş verib. Şahidlərin sözlərinə görə, insanlara və avtomobillərə hücum çəkən dana polis tərəfindən güllələnib.

Hadisə avtomobil yolunun ortasında baş verdiyi üçün nəqliyyatın hərəkətində qısa müddət sıxlıq yaranıb.

Daha sonra dana ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib.

Paylaş

 Xəbəriniz olsun