Polis Akademiyası kommunal xidmətlər üçün 4,6 milyon manat xərcləyəcək

  • Space TV
  • 17 Noyabr 2020 14:39

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Polis Akademiyası 4,6 milyon manat həcmində satınalma edib.

Spacetv.az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, DİN Polis Akademiyası elan etdiyi açıq tenderə yekun vurub.

Belə ki, tender üzrə “City Constructıon” MMC ilə dəyəri 4 milyon 619,7 min manat həcmində müəyyənləşən müqavilə bağlanıb.

Müqaviləyə əsasən, kommunal xidmətlərin göstərilməsi, o cümlədən, inzibati və digər təyinatlı binalarda şüşələrin yuyulması bu şirkətə həvalə olunub.

Paylaş

 Xəbəriniz olsun