Poliklinikalar gücləndirilmiş iş rejiminə keçdi

  • Space TV
  • 17 Noyabr 2020 13:51

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Spacetv.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Qeyd edilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla, yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstəriləcək.

Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

Paylaş

 Xəbəriniz olsun