Polad Bülbüloğlu Sankt-Peterburqun qubernatoru ilə görüşüb

  • SpaceTV
  • 26 Sentyabr 2020 12:22

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Sankt-Peterburqa səfər edib və səfər çərçivəsində qubernator Aleksandr Beqlovla görüşüb.

Spacetv.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə başlıca olaraq Azərbaycan Respublikasının cari ilin 12-14 noyabr tarixlərində keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirakına hazırlıqla bağlı məsələlər müzakirə edilib. Məlum olduğu kimi, Azərbaycan bu ilki forumda “qonaq ölkə” xüsusi statusu ilə iştirak edəcək.

Həmçinin humanitar-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizdən Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

 Xəbəriniz olsun