Poçettino Ramosun mümkün transferi barədə danışdı

  • Space TV
  • 29 Yanvar 2021 12:25

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Madrid “Real”ının müdafiəçisi Serxio Ramosun mümkün transferi barədə danışıb.

“PSJ-nin bu formada transfer strategiyası Ronaldinyo ilə müqavilə imzaladığımız zamandan – uzun illərdir mövcuddur. Biz bazarın imkanlarına baxırıq və bizi gücləndirə biləcək oyunçularla müqavilə imzalayırıq. Hər şey yaxın aylarda görünəcək. Ramos yalnız burada qələbə qazanmağa öyrəşmiş bir klub tapa bilər. PSJ dünyanın ən böyük klublarından biridir”, – deyə M.Poçettino bildirib.

Paylaş

 Xəbəriniz olsun