Planetimiz təhlükə ilə üz-üzə

  • SpaceTV
  • 20 Avqust 2019 10:59

Space.Tv-nin xüsusi müxbirinin araşdırmasına görə, qlobal istiləşmə planetimiz üçün böyük təhlükəyə səbəb ola bilər. Mütəxəssislərin fikrincə prosesin qarşısını almaq üçün yaşıllıqların sahəsini artırmaq, imkan daxilində daha çox meşə sahələri salmaq, atmosferə atılan zərərli qazların miqdarını azaltmaq  lazımdır.

Qütb dairəsi arxasındakı meteostansiya Arktikada tarixin ən yüksək temperaturunu müəyyən edib. Milli Okean və Atmosfer Tədqiqatları Administrasiyasının məlumatına görə, İsveçdə, Qütb dairəsindən şimalda yerləşən meteoroloji stansiyada iyul ayında Arktika regionu üçün rekord temperatur – 34,8 dərəcə selsi isti qeydə alınıb. Bəs baş verən proseslər nə ilə bağlıdır?

Coğrafiya institutnun elmi işlər üzrə direktor müavini bildirir ki, təbii və antropogen səbəblər burada xüsusi rol oynayır.

Bu il rekord temperatur iyulun 26-da Qütb dairəsinin cənub kənarında yerləşən, İsveçin kiçik Markusvins istehkamında müəyyən edilib. Şimal Buzlu Okeanında buzların sahəsi 19,8 faiz azalıb. Bu, 2012 və 2015-ci illərdə qeydə alınan göstəricidən də çoxdur.

Mütəxəssislər bildirir ki, prosesin qarşısının alınması istiqamətində işlər görülməzsə, vəziyyət 2030-cu ilə qədər kritik həddə çatacaq. İrimiqyaslı quraqlıqlar, dağıdıcı tufanlar və subasmalar olacaq ki, bu da milyonlarla insanın həyatına təhlükə altına atacaq. Yaranacaq problemlərə gəlincə ilk növbədə buxarlanma prosesi artacaq ki, bu da içməli su probleminin yaranmasına səbəb olacaq.  Həmçinin buzlaqların əriməsi ilə suyun səviyyəsi qalxacaq.

Prosesin qarşısını almaq üçün yaşıllıqların sahəsini artırmaq, imkan daxilində daha çox meşə sahələri salmaq, atmosferə atılan zərərli qazların miqdarını azaltmaq  lazımdır.

Onu da deyək ki, qlobal iqlim dəyişikliyi Arktikada buzlaqları normadan iki dəfə artıq isidir ki, bu da kütləvi əriməyə gətirib çıxarır. Buzlaqlar təkcə Arktikada yox, Antarktikada da sürətlə ərimə təhlükəsi ilə üz-üzədir. Tədqiqatçıların qənaətinə görə, Antarktikada buzlaqların əriməsi nəticəsində dəniz suyunun səviyyəsi 50 santimetr qalxa bilər.

Son tədqiqatlarda göstərilir ki, 1990-cı illərlə müqayisədə Antarktidada buz itkisi beş dəfə artıb.

Vasif Miradəmoğlu  Space  

Paylaş

 Xəbəriniz olsun