Piyadalarla danışacaq avtomobil hazırlanır

  • Space TV
  • 13 Yanvar 2020 13:04

“Tesla” şirkətinin rəhbəri İlon Mask elektromobillərdə tezliklə dinamiklər vasitəsilə piyadalara müraciətə imkan verəcək funksiyaların işə düşəcəyini bəyan edib.

Bu barədə TASS agentliyi xəbər yayıb.

“Əgər istəsəniz, onlar tezliklə insanlarla danışa biləcəklər”, – deyə o bildirib.

Bununla yanaşı, şirkət rəhbəri bu funksiyanın əvvəlcə hansı məqsədlə yaradıldığını izah etməyib.

Paylaş

 Xəbəriniz olsun