Piyadaların hərəkətinə mane olan qaz xətti torpağın altına köçürüldü – FOTO

  • Space TV
  • 10 Fevral 2021 16:53

Bakının Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində piyadaların hərəkətinə mane olan qaz xəttinin bir hissəsi torpağın altına köçürülüb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, bir müddət öncə “Bakmil” stansiyasının qarşısında yerləşən küçədə çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

“Azəriqaz” İB açıqlamasında qeyd etmişdi ki, qaz xətti ərazidə çoxdan yerləşir:

“Piyada keçidinin olduğu yaşıllıq ərazisi isə sonradan yaradılıb. Lakin buna baxmayaraq tez bir zamanda həmin yerdən hərəkət edən insanların rahatlığı üçün müvəqqəti olaraq daş hörgülü pilləkənlər quraşdırıldı. Artıq “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi müvəqqəti piyada keçidini tamamilə ləğv edərək ərazidə qaz xəttinin bir hissəsini torpağın altına köçürüb. Beləliklə, piyadaların hərəkəti üçün tam normal şərait yaradılıb”.

Paylaş

 Xəbəriniz olsun