Piyada vurulması, döyülmə; Gecə paytaxtda baş verənlər

  • SpaceTV
  • 20 Avqust 2019 11:07

Space.TV-nin xüsusi müxbiri xəbər verir ki, Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 37 yaşlı Samir Məmmədov, 25 yaşlı İntiqam Rəhimov, 32 yaşlı  Babək Babayev  və 25 yaşlı Samir Aslanov  xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdirilib. Zərərçəkmişlərə döş qəfəsinin əzilməsi və bud sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətləri orta-ağırdır. Sürücü isə Abşeron rayon polis idarəsinə aparılıb.

Gecə saatlarında Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 53 yaşlı Ramella Səfərova yolu keçərkən onu avtomobil vurub. Yaralı sol topuq və körpücük sümüyünün əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. İlkin ehtimallara görə piyadanın vurulmasına səbəb o, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən qəza qaçılmaz olub.

Bakının Nərimanov rayonu ərazisində döyülmə hadisəsi baş verib. 34 yaşlı Vüsal Hüseynov Əhməd Rəcəbli küçəsində yerləşən avtoservisdə döyülüb. Zərərçəkmişi döyən şəxs isə dərhal  hadisə yerindən qaçıb. Yaralı qapalı kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisələrin  dəqiq baş vermə səbəbləri isə aparılan istintaqın sonunda bilinəcək.

Nurlan Priyev –  Space

Paylaş

 Xəbəriniz olsun