İsmayıllıda Şamaxı sakinini avtomobil vurub. Hadisə Muğanlı-İsmayıllı yolunda qeydə alınıb. Şamaxı sakini Rəhimov İfadə Şakir oğlu ova gedərkən yolu keçmək istəyib və onu avtomobil vurub. Ağır xəsarətlər alan yaralını onu vuran sürücü xəstəxanaya apararkən elə yolda dünyasını dəyişib. Meyiti müayinə etmək üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şamaxı şöbəsinə yerləşdiriblər. Faktla bağlı araşdırma aparılır.
VAHİD FƏXRİ SPACE TV